Ölkəyə fişəng keçirmək istəyiblər

Hadisə

18.09.2019 - 15:42

"Qırmızı Körpü" gömrük postunda pirotexniki vasitələr aşkarlanıb

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz E300" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq şifahi sorğu-sual edilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Ayna.az