Kremastinosun həyatını xilas etmək mümkün olmayıb
Yunanıstanın keçmiş Səhiyyə naziri Dmitris Kremastinos koronavirusdan ölüb. AYNA xarici KİV-ə istinadən bildirir ki, bu barədə Yunanıstanın Səhiyyə naziri Vasilis Kikiliasa xəbər verib.
Nazir qeyd edib ki, Kremastinosda koronavirus bir neçə həftə əvvəl təsdiqlənib və o, reanimasiyaya yerləşdirilib. “Həkimlərin səylərinə baxmayaraq, professorun həyatını xilas etmək mümkün olmadı” – deyə, nazir söyləyib.
Xatırladaq ki, Dmitris Kremastinos məşhur kardioloq idi.
Qeyd edək ki, Yunanıstanda bu günə qədər 2 min 678 koronavirusa yoluxma halı qeydə alınıb, onlardan 148-i ölüb.