Keçmiş işçiləri İlon Maskı məhkəməyə veriblər

Dünya

05.03.2024 - 13:05

cedabet dərman SEO Xidməti

Dörd menecer biznesmendən 128 milyon dollardan çox pul tələb edirlər

“X” sosial şəbəkəsinin (keçmiş Twitter) dörd sabiq meneceri şirkətin sahibi İlon Maskı məhkəməyə veriblər. AYNA xarici mediaya istinadən bildirir ki,  işdən çıxarılmalarının təzminatı olaraq menecerlər biznesmendən 128 milyon dollardan çox pul tələb edirlər.

Bildirilir ki, Kaliforniya Federal Məhkəməsində iddiaçılar “Twitter”in keçmiş baş direktoru Paraq Aqraval, keçmiş maliyyə direktoru Ned Seqal, keçmiş baş məsləhətçi Vicaya Qadde və keçmiş baş məsləhətçi Şon Edqettdir.

Vurğulanıb ki, Mask onları kobud səhlənkarlıq və qəsdən qanunsuzluqlara görə işdən çıxarıb. Şirkətin keçmiş işçiləri bu ittihamları rədd edirlər. Onlar hesab edirlər ki, Mask işdən çıxarmaqla bağlı təzminatı ödəməmək üçün onları bəhanələr gətirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş