Kazan hava limanı uçuşları dayandırıb

Xəbərlər

27.12.2024 - 09:47

Həkimlər Klinikalar SEO Xidməti

Məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib

Kazan hava limanı Moskva vaxtı ilə saat 06:00-dan etibarən uçuşların qəbulunu və yola salınmasını dayandırıb. Qeyd olunub ki, bu, müvəqqəti xarakter daşıyır.

AYNA rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyindən (Rosaviatsiya) bildirilib.

Qeyd olunub ki, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.

“Hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və yola salmır. Təyyarənin ekipajları, dispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər”, - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş