Görüşdə Laçın yolundakı vəziyyət müzakirə olunub
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. AYNA xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, görüşdə Laçın yolundakı vəziyyət müzakirə olunub.
“Tərəflər həmçinin regionda təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər”, - deyə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında vurğulanıb.