Karantinə əməl etməyən 195 mindən artıq şəxs məsuliyyətə cəlb edilib

Cəmiyyət

21.07.2020 - 19:52

Həkimlər Klinikalar SEO Xidməti

Daxili İşlər Nazirliyinin Kollegiya iclası keçirilib 

 

Xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb.

 

AYNA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Kollegiya iclasında Daxili İşlər naziri,  general-polkovnik Vilayət Eyvazov deyib.

 

Nazir bildirib ki, onlardan 788 nəfəri həbs edilib, 193 min 560 nəfəri, o cümlədən tibbi maskadan istifadə etmədiklərinə görə 17 min 820 nəfəri cərimələnib.

 

Daxili İşlər naziri ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminə riayət olunmasına nəzarət tədbirləri çərçivəsində yoluxanların karantinə yerləşdirildiyi 35 şəhər və rayon üzrə 62 xəstəxananın və digər obyektlərin sutkalıq mühafizəsinin davam etdirildiyini də bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş