Karantin rejiminin tələblərini pozan kafe aşkarlanıb

Xəbərlər

22.12.2020 - 14:35

Obyekt sahibi və üç nəfər müştəri polis şöbəsinə dəvət olunublar

 

Astarada karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirdikləri növbəti tədbirlər zamanı rayonun Maşxan kəndi ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

 

Həmin obyekti icarə əsasında işlədən S.İnətullayev və üç nəfər müştəri polis şöbəsinə dəvət olunublar. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə yazılıb.

Müəllif: Ayna.az