Karantin rejimini pozan 44 016 nəfər inzibati məsuliyyətə cəlb edilib

Xəbərlər

30.04.2020 - 15:43

cedabet Klinikalar SEO Xidməti

Avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 839 nəfər inzibati məsuliyyətə cəlb edilib

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 29.04.2020-ci il saat 00:00-dan 30.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

 

AYNA-ya BDYPİ-dən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 29.04.2020-ci il saat 00:00-dan 30.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 839 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44 016 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş