Qeyri- çimərlik ərazidən 17 və 18 yaşlı gənclərin meyitləri tapılaraq ailələrinə təhvil verilib
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 2 nəfərin çimərkən batması barədə məlumat daxil olub.
AYNA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri batan şəxslərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.