Bu video-görüntüyə görə yol polisi işdən qovuldu

Hadisə

30.08.2019 - 12:22

DYP əməkdaşı İsmayıl Məmmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub

 

Sosial şəbəkələrdə yol polisi əməkdaşının sürücü ilə kobud davranmasını əks etdirən görüntülər yayımlanıb. Həmin görüntülər ciddi narazılıqlara səbəb olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, baş varmiş hadisə ilə bağlı Daxili İşlər nazirinin əmri ilə, yol verdiyi qəbahətlərə görə Sumqayıt Şəhər Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub.

 

Müəllif: Ayna.az