Karantin qaydalarını pozan kafe aşkar edilib

Xəbərlər

12.07.2020 - 22:23

5 nəfər barəsində protokollar tərtib edilərək cərimə olunublar

 

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən kafe aşkar olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə Regional qrupundan AYNA-ya verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən kafenin xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

 

Məkana baxış zamanı 5 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

Müəllif: Ayna.az