Sağ qalan yeganə pilot ciddi xəsarətlər alıb
Kanadanın Manitoba əyalətində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb. AYNA.AZ xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə bölgənin az məskunlaşdığı şimal hissəsində Makepeace gölünün yaxınlığında baş verib.
Polisin məlumatına görə, sağ qalan yeganə pilot ciddi xəsarətlər alıb. Sərnişinlər həlak olub.
Qəza ilə bağlı araşdırma aparılır.