Kanada Ukraynaya dörd "Leopard 2" tankı verir

Dünya

26.01.2023 - 23:54

Ukraynaya hərbi yardımların göndərilməsi davam edir

Kanada hökuməti Müdafiə Nazirliyinin balansında olan dörd "Leopard 2" tankını Ukraynaya təhvil verəcək.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Anita Anand bildirib.

Anand əlavə edib ki, Ottava həmçinin Ukrayna hərbçilərinə texnikanın istifadəsi üzrə təlim keçmək üçün kanadalı təlimatçılar təqdim edəcək.

Müəllif: Ayna.az