“Rusiyanın G7-yə daxil edilməsi təklifinə gələndə mən dedim: olmaz!”
Kanada hökuməti Rusiyanın Yeddilik Qrupuna (G7) qayıtmasına qarşıdır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli onlayn brifinq zamanı deyib.
“Rusiyanın G7-yə daxil edilməsi təklifinə gələndə mən dedim: Olmaz!” – Coli bildirib.
Nazir avropalı həmkarları ilə bu mövzunu müzakirə etdiyinə aydınlıq gətirib.
ABŞ prezidenti Donald Tramp daha əvvəl 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra baş vermiş Rusiyanın G8-dən çıxarılmasını səhv adlandırmışdı. O əlavə edib ki, Moskvanın birliyə qayıtmasından şad olacaq. Rusiya 1997-ci ildən Səkkizlər Qrupunun (G7 formatında - Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya - 1976-cı ildən mövcuddur) üzvüdür.