Kamala Harris Trampa qarşı mübarizəyə hazırdır

Dünya

22.07.2024 - 10:03

Həkimlər Klinikalar SEO Xidməti

“Mən Prezidentin dəstəyini almaqdan qürur duyuram”

ABŞ-ın vitse-prezidenti Kamala Harris ABŞ prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb. AYNA bildirir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

“Mən Prezidentin dəstəyini almaqdan qürur duyuram və namizədlik hüququ əldə etməyə və namizədliyimi irəli sürməyə hazıram”, - deyə Harris bildirib.

Harrisin namizədliyi Demokratlar Partiyasının avqust ayında Çikaqo şəhərində baş tutacaq qurultayında irəli sürülə bilər. Demokratların namizədi üçün daha kimin mübarizə apara biləcəyi barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, iyulun 21-də hazırki ABŞ Prezxidenti Co Bayden Harrisin namizədliyini dəstəkləyərək yarışdan çəkildiyini elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş