Kahramanmaraş silkələndi: Türkiyədə yenə zəlzələ baş verib

Dünya

18.03.2023 - 11:43

Kahramanmaraş vilayətində 4,8 bal gücündə zəlzələ baş verib

Türkiyədə daha bir zəlzələ baş verib. AYNA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında qeyd edilib.

Bildirilib ki, yerli vaxtla saat 5:14-də ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Göksun şəhərindən dörd kilometr cənub-şərqdə, iki kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Onların episentri Kahramanmaraş vilayəti olub. Yeraltı təkanlar son 84 ildə ölkə üçün rekorda çevrilib. Zəlzələlər nəticəsində 40 mindən çox insan həlak olub, 100 mindən çox insan isə yaralanıb.

Müəllif: Ayna.az