Kadırov koronavirus şübhəsi ilə nəzarətə götürülüb

Dünya

21.05.2020 - 23:48

Həkimlər Klinikalar SEO Xidməti

Ramzan Kadırovun koronavirusa yoluxduğu ehtimal olunur

 

Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə tibbi dairələrdəki mənbə bildirib.

 

Kadırovun köməkçisi Çeçenistan rəhbərinin səhhətilə bağlı açıqlama verməsə də, bildirib ki,  o, koronavirusla bağlı yaradılmış Əməliyyat Qərargahının fəaliyyətinə şəxsən nəzarət edir.

 

Lenta.ru-nun məlumatına görə isə, bir neçə gün əvvəl Ramzan Kadırovun səhhəti pisləşib və həkimlər onun paytaxt xəstəxanalarının birinə yerləşdirilməsini məsləhət biliblər. 

 

İlkin olaraq, Kadırovun ağ ciyərlərində iltihabın olduğu bildirilib. Onun koronavirusa yoluxduğu ehtimal olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş