Qətllə bağlı daha 5 nəfər isə edam cəzasına məhkum edilib
Səudiyyə Ərəbistanı məhkəməsi jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı 5 nəfəri edam cəzasına məhkum edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, jurnalistin ölümündə ittiham olunan Səud əl-Kahtani və Səudiyyə kəşfiyyatının keçmiş vitse-prezidenti Əhməd Asir isə Səudiyyə hökuməti tərəfindən azadlığa buraxılıb.
Belə ki, jurnalistin qətlindən sonra dünyanın diqqəti Səudiyyə Ərəbistanına yönəlmişdi. Qaşıqçının qatillərini tapmaq və cəzalandırmaq üçün ölkə rəhbərliyinə təzyiqlər vardı.
Qeyd edək ki, jurnalistin öldürülməsindən sonra Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Camal Qaşıqçının öldürülməsinə görə, bütün məsuliyyəti öz üzərinə götürdüyünü açıqlamışdı.