Jurnalistika ixtisasına qəbul olmaq istəyənlər bu gün qabiliyyət imtahanı verir

Cəmiyyət

19.08.2021 - 07:56

Həkimlər Klinikalar SEO Xidməti

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək

 

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 19-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

 

DİM-dən AYNA-ya bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

 

Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq imtahanlarda ümumilikdə 760 abituriyentin iştirakı nəzərdə tutulur.

 

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş