İlkin Muradov: "Sonra əlbəyaxa dava məhkəmə binasının önündə davam elədi"
“Yeni Müsavat” qəzetinin əməkdaşı İlkin Muradov jurnalist kimi iştirak etdiyi məhkəmə prosesində döyülüb.
AYNA xəbər verir ki, bu haqda jurnalist sosial şəbəkə hesabından paylaşım edib.
Novxanıda “Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin məhkəməsində iştirak edən İ.Muradov məhkəmə zalında ondan kim olduğunu soruşan şəxs tərəfindən döyüldüyünü deyib.
“Deyəsən, həbs edilən şəxsin yaxınıdır. Mən də ona izah verməli olmadığımı dedim. Mənə “düdük” dedi və lotuluğa başladı. Məhkəmə koridorunda yumruq atdı. Sonra əlbəyaxa dava məhkəmə binasının önündə davam elədi. 25 dəqiqədir “102”yə məlumat vermişəm. Görək lotuluq necə olur!”, - deyə jurnalist bildirib.