Suraxanıda avtomobil yanıb

Hadisə

20.11.2019 - 16:57

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub

 

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, “Audi” markalı minik avtomobilinin yanar hissələri yanıb.

 

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az