Jurnalist Fəridə Kurbanqaleyeva Rusiyada axtarışa verilib

Dünya

20.06.2024 - 11:11

Həkimlər Klinikalar SEO Xidməti

Kurbanqaleyeva: “Rusiya hakimiyyətinin qərarları mənim fəaliyyətimə təsir etməyəcək”

Rusiya Daxili İşlər Nazirliyi jurnalist Fəridə Kurbanqaleyevanı axtarışa verib. AYNA-nın xəbərinə görə, “Rosfinmonitoring” onu Rusiya hakimiyyətinin fikrincə, terrorizm və ya ekstremizmlə əlaqəsi olan şəxslərin reyestrinə daxil edib.

Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında həmin şəxsin nə üçün axtarıldığı açıqlanmır. Bununla belə, “Rosfinmonitorinq” siyahısındakı etiketdən belə çıxır ki, onun işi terrorizmi dəstəkləmək və ya haqq qazandırmaq ittihamları ilə bağlı ola bilər.

Kurbanqaleyeva öz “Facebook” səhifəsində yazıb ki, Rusiya hakimiyyətinin qərarları onun fəaliyyətinə təsir etməyəcək. O, Rusiyanın onu niyə təqib etdiyini bildiyini açıqlayıb: “Çünki mən açıq deyirəm ki, vətəndaşı olduğum Rusiya dövləti Ukraynada cinayətkar işğalçılıq müharibəsi aparır, xalqları əsarət altına alır, kimliklərini silir, işgəncə verir, soyur, zorlayır, oğurlayır və istənilən müxalifliyi boğur”.

Qurbanqaleyeva Praqada yaşayır. Jurnalist kimi karyerasına Kazanda başlayıb. 1998-2007-ci illərdə Tatarıstan Dövlət Televiziya və Radio Yayımları Şirkətində çalışıb. 2007-2014-cü illərdə "Rossiya-1" telekanalında işləyib. 2014-cü ildə Krımın ilhaqından və Donbassda müharibə başlayandan sonra jurnalist federal kanalı tərk edib. O, Rusiyanı tərk edib və hazırda bir sıra müstəqil rusdilli media ilə əməkdaşlıq edir. 2018–2021-ci illərdə “Current Time” telekanalında aparıcı işləyib.

Jurnalist hazırda 30 mindən çox abunəçisi olan öz “YouTube” kanalını da inkişaf etdirir. Kurbanqaleyeva son müsahibələrindən birini hazırda Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşən Ukrayna Müsəlmanları Müftisi Səid İsmaqnilovla hazırlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş