İzmirdə zəlzələ zamanı ölənlərin sayı artıb

Dünya

31.10.2020 - 20:55

Reanimasiyaya yerləşdirilənlərdən 8-nin isə vəziyyəti ağırdır

 

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 35-ə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. O bildirib ki, 243 nəfərin müalicəsi davam etdirilir, reanimasiyaya yerləşdirilənlərdən 8-nin isə vəziyyəti ağırdır.

 

Nazir qeyd edib ki, 642 nəfərin müalicəsi tamamlanıb.

 

Qeyd edək ki, hələ də 8 binanın dağıntıları üzərində  axtarış-xilasetmə işləri  davam etdirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş