“Əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi”
“Aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi. Biz yenidən karantin rejiminin əvvəlki formasına qayıdırıqsa, bir neçə istiqamətdə işlərimizi sürətləndirməliyik”. AYNA bildirir ki, bu sözləri Milli Məclisin iclasında deputat Əli Məsimli deyib.
O, bildirib ki, aprel və may ayında verilən 190 manatlıq birdəfəlik ödəniş iyun və iyul ayında da verilməlidir: “Pandemiyada əziyyət çəkən sahələrə də iyun və iyul aylarında ödəniş edilməsi vacibdir”.
İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov deputatın çağırışına münasibət bildirib. Nazir deyib ki, məsələ ilə bağlı təxirə salınmadan müvafiq qərarlar qəbul ediləcək.