Gürcüstanın hakim partiyasının təsisçisi ABŞ dövlət katibinin köməkçisi ilə görüşdən imtina edib
Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili mayın 14-də Tiflisə səfər edən ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayenlə görüşdən imtina edib.
AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.
“Bu tələb O’Brayenin Bidzina İvanişvili ilə görüşü ilə əlaqədar edilib, İvanişvili də bundan imtina edib”, Kobaxidze bildirib.
Baş nazir ABŞ dövlət katibinin köməkçisi ilə görüşündə ölkələr arasında birbaşa uçuşların yaradılması mövzusunun müzakirə olunacağına ümid etdiyini bildirib.
Bundan əlavə, Baş nazir Gürcüstanda Ukrayna ssenarisi üzrə “Maydan”ın yarana biləcəyini istisna edib və bildirib ki, “çünki hazırkı müxalifətin buna gücü çatmır”.