İtaliyada koronavirusdan ölənlərin sayı 87 mini keçib

Dünya

29.01.2021 - 07:39

Koronavirusa yoluxanların və ölənlərin sayı durmadan artır 

 

İtaliyada koronavirus infeksiyasına yeni 14 372 yoluxma faktı qeydə alınıb. AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib. 

 

Qeyd olunub ki, ötən gün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 492 nəfər vəfat edib.

 

Bildirilib ki, ölkədə ümumilikdə 2 515 507 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 87 381-i vəfat edib.

Müəllif: Ayna.az