Zəlzələnin maqnitudası 6,2-yə çatıb
İtaliyada güclü zəlzələ baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ 2 iyun çərşənbə axşamı günü yerli vaxtla saat 00:12-də (Bakı vaxtı ilə saat 02:21) qeydə alınıb.
Zəlzələnin maqnitudası 6,2-yə çatıb və seysmoloqlar bunu güclü zəlzələnin orta dərəcədə ziyan vura biləcəyini hesab edirlər.
Zəlzələnin episentri Kalabriya bölgəsindəki Paola şəhərindən 20 kilometr cənub-qərbdə və Siciliyadakı Messina şəhərindən 124 kilometr şimalda yerləşib.
Zəlzələnin episentri 240 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.