Bomba tikinti işləri zamanı aşkarlanıb
İtaliyanın Brindizi şəhərində İkinci dünya müharibəsinə aid bomba tapılıb.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin 54 min əhalisi təxliyyə olunub. Bunun üçün hüquq-mühafizə orqanlarının 1000-dək əməkdaşı və 250 nəfər könüllü iştirak ediblər.
Bomba “Andromeda” kinoteatrının ərazisinin genişləndirilməsi üçün aparılan tikinti işləri zamanı aşkarlanıb. Partlayıcı vasitə şəhər kənarına çıxarılaraq bazar ertəsi zərərsizləşdiriləcək.