İtaliya 13 ölkəyə yenidən qapılarını bağladı

Dünya

10.07.2020 - 16:52

Ölkələr arasında Ermənistanın da adı var

 

İtaliya koronavirus pandemiyasına görə riskli olan 13 ölkəyə qapılarını yenidən bağlayıb. Bu barədə AYNA xarici mediaya istinadən məlumat verir. İtaliyanın Səhiyyə Nazirliyi yazılı açıqlamada bildirir ki, Ermənistan, Bəhreyn, Braziliya, Bosniya və Herseqovina, Çili, Küveyt, Şimali Makedoniya, Moldova, Oman, Panama, Peru və Dominikan Respublikalarından son 14 gündə gələn və ya tranzit yol kimi istifadə edənlər olub. Lakin İtaliya artıq həmin ölkələrdən, ərazisindən tranzit kimi istifadə edənlərə və ölkəyə daxil olanlara qapılarını bağladığını elan edib.

 

Bundan əlavə, həmin ölkələrdə pandemiya ilə bağlı vəziyyət yaxşılaşana qədər bütün uçuşlar gözləməyə alınıb.

 

Qeyd edək ki, İtaliyada son dörd ayda COVID-19 virusundan 34 min 926 nəfər vəfat edib. May ayından isə vəziyyətin nisbətən stabilləşməsi müşahidə olunmağa başlamış və 1 iyuldan Avropa Birliyinin qərarı ilə pandemiya qaydaları çərçivəsində bəzi ölkələrlə sərhədlər açılmışdı. Buna baxmayaraq, Banqladeşin paytaxtı Dəkkədən gələn təyyarədəki bəzi sərnişinlərdə COVID-19 aşkarlanmışdı. 

Müəllif: Ayna.az