Baş nazir: “Litva Ukraynaya qoşun yeritməyə hazırdır”

Dünya

08.05.2024 - 15:03

“Moskva Vilnüsün belə bir addımını təxribat hesab edə bilər, lakin Litva hakimiyyəti buna diqqət yetirmək niyyətində deyil”

“Litva Parlamenti Ukrayna əsgərlərinə təlim keçmək üçün ölkə qoşunlarının Ukraynaya göndərilməsinə icazə verib. Lakin Kiyevdən hələ belə bir müraciət daxil olmayıb”. AYNA xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Baş naziri İnqrida Simonyte “Financial Times”a bildirib.

Onun sözlərinə görə, Moskva Vilnüsün belə bir addımını təxribat hesab edə bilər, lakin Litva hakimiyyəti buna diqqət yetirmək niyyətində deyil.

“Rusiyanın cavabını düşünsək, heç nə göndərə bilməzdik. Hər iki həftədən bir hansısa ölkənin nüvə hücumuna məruz qalacağını eşidirik”, - deyə Şimonyté əlavə edib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ilk dəfə olaraq fevralın sonunda Ukraynaya qoşun göndərilməsinə çağırış edib. Bundan sonra Qərbdə yaranan müzakirələr fonunda Litva bu məsələ ilə bağlı “qırmızı xətlərin” ləğv edildiyini açıqlayıb.

Müəllif: Ayna.az