Dağların qoynuna sığınmış gözəl – FOTOLENT

Maraqlı

05.05.2024 - 19:36

Ölkəmizdə belə bir məkanın varlığından çox adamın xəbəri yoxdur

Şəmkirçay su anbarı Azərbaycanın ən gözəl süni göllərindən biridir. Şəmkir çayının hövzəsində, dağların əhatəsində yerləşən göl 2014-cü ildə istismara verilib. Gölün suyundan suvarmada, eyni zamanda Gəncə şəhəri, Şəmkir və Samux rayonlarının içməli su ilə təminatında istifadə olunur.

10 ildir yaradılmasına baxmayaraq, Azərbaycanda az adamın belə bir gözəlliyin valığından xəbəri var. Göl istismara verildikdən sonra ən çox bölgə əhalisinin istirahət üçün üz tutduğu məkana çevrilib. İnsanlar gölün ətrafına gələrək həm mənzərədən zövq alır, həm də həvəskar balıqçılar qarmaqla balıq tutaraq istirahət edirlər.

Gölə paralel olaraq gedən və dolaylarla Şəmkirin ən ucqar kəndlərindən olan Nərimankəndə qalxan yoldan da gölün çox gözəl mənzərəsi açılır. Yaz aylarında yağan yağışlar nəticəsində, son bir neçə ildir su qıtlığı olan göldə bolsululuq yaranıb. Bu da gölə əlavə gözəllik qatır. Canlı təbiətdən zövq almaq istəyənlər üçün ərazi ən ideal məkanlardan biridir.

Dağların qoynuna sığınmış gözəl – Dağların qoynuna sığınmış gözəl – Dağların qoynuna sığınmış gözəl – Dağların qoynuna sığınmış gözəl – Dağların qoynuna sığınmış gözəl – Dağların qoynuna sığınmış gözəl – Dağların qoynuna sığınmış gözəl – Dağların qoynuna sığınmış gözəl – Dağların qoynuna sığınmış gözəl – Dağların qoynuna sığınmış gözəl – Dağların qoynuna sığınmış gözəl – Dağların qoynuna sığınmış gözəl – Dağların qoynuna sığınmış gözəl – Dağların qoynuna sığınmış gözəl –
Müəllif: İlham Mustafa