İsveçrə Rusiyaya qarşı 8-ci sanksiyalar paketini qəbul edib

Dünya

24.11.2022 - 00:28

İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib

İsveçrə Avropa İttifaqının (Aİ) ardınca Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar Rusiyaya qarşı 8-ci sanksiyalar paketini qəbul edib.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası məlumat yayıb.

“Federal Şura noyabrın 23-də Rusiyaya qarşı növbəti sanksiyalar paketini qəbul edib. Beləliklə, bu ölkə Avropa İttifaqının 8-ci sanksiyalar paketi çərçivəsində təsdiq etdiyi son tədbirlərə qoşulub”, - məlumatda bildirilib.

Müəllif: Ayna.az