İsveç sərt karantinə keçir

Dünya

20.12.2020 - 00:29

Karantin rejimi ilə əlaqədar olaraq bir sıra məhdudiyyətlər tətbiq olunacaq 

 
İsveçdə koronavirusa yoluxanların sayı artdığına görə, ölkədə 24 dekabrdan 24 yanvara qədər yeni məhdudiyyətlər tətbiq edilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, İsveçin Baş naziri Stefan Löfven məhdudiyyətlərlə bağlı açıqlama verib.
 
Məhdudiyyətlərə əsasən, Milad bayramından sonra endirimli satışlar ləğv edilir, restoranlarda saat 20:00-dan sonra spirtli içkilərin satışı qadağan edilir, məktəblərdə məsafəli təhsil davam edir. Həmçinin, bütün iş yerlərində işçilərin evdən işləməsi təmin edilməli, mağazalarda, ticarət mərkəzlərində və idman salonlarında insan sayına məhdudiyyət qoyulmalıdır.
 
Qeyd edək ki, pandemiya yayılmağa başlayandan sonra İsveçdə 367 min 120 nəfər virusa yoluxub, 7 min 993 nəfər vəfat edib.
Müəllif: Ayna.az