Billstrom: “Terrorla mübarizə Türkiyə və Finlandiya ilə üçtərəfli memorandumun bəndlərindən biridir”
“NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç arasında imzalanmış üçtərəfli memorandum fəaliyyətini davam etdirir”. AYNA “Anadolu” agentliyinə istinadən bildirir ki, bu sözləri İsveçin xarici işlər naziri Tobias Billstrom deyib.
Nazir bildirib ki, İsveç öhdəliklərini saxlayır: “Bu yaxınlarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığında zəlzələnin nəticələrini müzakirə etdik. İndi ən vacib məsələ budur. Gələcəkdə isə NATO-ya üzvlük prosesini müzakirə edəcəyik”.
Billstrom İsveçin NATO-da fəal tərəfdaş olacağına əminliyini ifadə edib: “Terrorla mübarizə Türkiyə və Finlandiya ilə üçtərəfli memorandumun bəndlərindən biridir. Biz bütün öhdəliklərimizi yerinə yetirəcəyik”.