Sığınacaq üçün rədd cavabı almış şəxslər yalnız beş ildən sonra yenidən müraciət edə biləcəklər
İsveç hökuməti əcnəbilərin sığınacaq almaq şərtlərini sərtləşdirmək üçün yeni qanun layihəsi hazırlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin miqrasiya naziri Yuxan Forsel deyib.
Nazir qeyd edib ki, sığınacaq üçün rədd cavabı almış şəxslər yalnız beş ildən sonra yenidən müraciət edə biləcəklər. Onlar bu müddət ərzində krallıqda qala bilməyəcəklər.
“Biz inanırıq ki, bu təkliflər rədd cavabı alanların öz ölkələrinə qayıtmasını artıracaq və əsassız sığınacaq müraciətlərinin sayını azaldacaq”, – Forsel vurğulayıb.
Nazirin sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliklər 2025-ci il aprelin 1-dən qüvvəyə minəcək.