Türkiyədə təyyarə qəzası baş verib
İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 1 nəfər həlak olub.
Bu barədə AYNA Türkiyənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
İstanbul şəhərinin qubernatoru Ali Erlikaya bildirib ki, "Boeing 738" laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində xəsarət alanların sayı 139 nəfərə çatıb. O, qeyd edib ki, yaralılar xəstəxanalara yerləşdirilib.