66 nəfər təxliyə edilib
İstanbulda gəmiqayırma zavodunda Rusiyaya məxsus balıqçı gəmisində yanğın baş verib. 66 nəfərlik heyət təxliyyə edilərək başqa gəmiyə köçürülüb. AYNA xəbər verir ki, bu barədə Rusiyanın istanbuldakı baş konsulluğundan məlumat verilib.
Diplomatik nümayəndəliyin məlumatına görə, İstanbulun şərqindəki Tuzla bölgəsində təmirdə olan Rusiyanın “Ester” gəmisində yanğın martın 8-də axşam saatlarında başlayıb.
Türkiyə Fövqəladə Hallar Xidmətinin məlumatına görə, itki yoxdur.