Narkotiklə bağlı əməliyyat zamanı polisə atəş açılıb
İstanbulda narkotiklə bağlı əməliyyat zamanı polisə atəş açılıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bir polis əməkdaşı ağır yaralanıb.
Yaralanan xüsusi təyinatlı polis bölməsinin əməkdaşı Emre Albayrak xəstəxanada ölüb.
Polis əməkdaşını güllələyən 35 yaşlı R.A. zərərsizləşdirilib. Hücum edənlərdən ikisi isə saxlanılıb.