İstanbul birjası işini dayandırıb

Dünya

08.02.2023 - 15:04

Birjada ticarətin avtomatik dayandırılması sistemi aktivləşdirilib

İstanbul birjası türk lirəsinin məzənnəsinin dəyişkənliyi fonunda əsas fond indeksinin kəskin ucuzlaşması ilə əlaqədar fəaliyyətini yenidən dayandırıb. AYNA xəbər verir ki, bu barədə “Prime” məlumat yayıb.

Nəşrin yazdığına görə, əsas fond indeksinin 5%-dən çox aşağı düşməsi ilə əlaqədar birjada ticarətin avtomatik dayandırılması sistemi aktivləşdirilib. Artıq dördüncü gündür ki, birja fəaliyyətini dayandırmaq məcburiyyətində qalır.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli valyutanın möhkəmlənməsi üçün fövqəladə tədbirlər, o cümlədən 1983-cü ildən bəri ən kəskin möhkəmlənməyə səbəb olan lirədəki əmanətlərin qaytarılmasını təmin etmək planını açıqlayıb.

Müəllif: Ayna.az