İsrailin xarici işlər naziri bu ay Azərbaycana səfər edəcək

Xəbərlər

10.01.2026 - 19:58

Səfərin bir gün davam edəcəyi bildirilir

İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya səfər edəcək. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə “AİA Global” məlumat yayıb.

Səfərin bir gün davam edəcəyi bildirilir.

Qeyd edilib ki, Gideon Saar Bakıda bir sıra görüşlər keçirəcək, Azərbaycanın xarici işlər naziri ilə danışıqlar aparacaq.

O, bundan sonra Qazaxıstana gedəcək.

Qeyd edək ki, ötən il noyabr ayında İsrail xarici işlər naziri Gideon Saar Azərbaycana səfər etmək niyyətində olduğunu açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş