İlqar Abbasov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
Prezident İlham Əliyev iki mühüm sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, birinci sərəncamla İlqar Namaz oğlu Abbasov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Ölkə rəhbəri digər sərəncamla İ.N.Abbasovu Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib.