İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 40-a yaxın adam həlak olub

Dünya

23.06.2024 - 18:39

Həkimlər Klinikalar SEO Xidməti

“Ən azı 39 nəfər İsrailin Qəzza zolağının şimalına endirdiyi zərbələrin qurbanı olub”

İyunun 22-də İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində 40-a yaxın adam ölüb. AYNA xəbər verir ki, bu barədə “Associated Press” (AP) Fələstin rəsmilərinə və yerli xəstəxana işçilərinə istinadən məlumat yayıb.

“Ən azı 39 nəfər İsrailin Qəzza zolağının şimalına endirdiyi zərbələrin qurbanı olub”, – nəşr qeyd edib.

Qəzzanın fövqəladə hallara müdaxilə komandası bildirib ki, xilasedicilər Qəzzanın qərbindəki Şati qaçqın düşərgəsindəki zərbə yerində sağ qalanları axtarır və Qəzza zolağının şərqində zərbə nəticəsində zədələnmiş binadan onlarla cəsəd çıxarılıb.

Qeyd edək ki, iyunun 22-də İsrail qırıcı təyyarələrinin köməyi ilə Qəzza bölgəsində HƏMAS-ın iki hərbi obyektinə zərbələr endirib.

Bundan əvvəl HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bildirib ki, HƏMAS Qəzza zolağında sülhün əldə olunmasına yönələn, lakin eyni zamanda, onun əsas tələblərini təmin edən istənilən təşəbbüslərə açıqdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş