İsrailin keçmiş Baş naziri Qərbi ittiham etdi: “Danışıqları dayandırdılar”

Dünya

05.02.2023 - 14:57

Naftali Bennet: “Qərb sülh danışıqlarına getmək əvəzinə Rusiya lideri Vladimir Putini məğlub etmək qərarına gəldi”

İsrailin keçmiş Baş naziri Naftali Bennet Qərb ölkələrini Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətindəki danışıqları ləğv etməkdə ittiham edib. AYNA xarici mediaya istinadən bildirir ki, Bennet bu barədə özünün “YouTube” kanalında yayımlanan müsahibəsində bildirib.

"Mənim bütün hərəkətlərim ABŞ, Almaniya və Fransa ilə ən xırda təfərrüatlara qədər razılaşdırıldı...Onlar danışıqları dayandırdılar", - deyə Bennet vurğulayıb.

Keçmiş Baş nazirin sözlərinə görə, Qərb sülh danışıqlarına getmək əvəzinə Rusiya lideri Vladimir Putini məğlub etmək qərarına gəlib.

Bennet müharibənin əvvəlində Putinin ona Ukrayna lideri Vladimir Zelenskini öldürməyəcəyinə söz verdiyini deyib. Keçmiş Baş nazirinin sözlərinə görə, Ukrayna Prezidenti həmin vaxt təhlükə altında olub və bunkerdə yaşayıb.

Qeyd edək ki, İsrailin sabiq Baş naziri müharibənin əvvəlində Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçi olub.

Müəllif: Ayna.az