İsraildə üçüncü məhdudiyyət dövrü başlayır

Dünya

25.12.2020 - 13:57

Həkimlər Klinikalar SEO Xidməti

Məhdudiyyət azı iki həftə və ya gündəlik yoluxma sayı 1000 nəfərə qədər azalanadək qüvvədə qalacaq

 

Dekabrın 27-dən İsraildə pandemiya dövrünün üçüncü məhdudiyyət rejimi başlayacaq. AYNA xarici mediaya istinadən bildirir ki, qərarı İsrail Hökuməti Səhiyyə Nazirliyinin təklifi ilə qəbul edib.

 

Məhdudiyyət rejimi ən azı iki həftə və ya gündəlik yoluxma hallarının sayı 1000 nəfərə qədər azalanadək qüvvədə qalacaq. Hazırda bu göstərici 4 minə yaxındır.

 

Bazar günündən başlayaraq ölkədə bütün qeyri-ərzaq satışları dayandırılacaq və bütün əyləncəli tədbirlər qadağan ediləcək. Həmçinin müştərilərlə birbaşa çalışmayan kompaniyalar öz fəaliyyətini yarıbayarı azaltmalıdır. Ölkə ərazisində ictimai nəqliyyatın hərəkəti də məhdudlaşdırılacaq.

 

Qeyd edək ki, İsraildə koronavirus qarşı vaksinasiya artıq başlayıb. Ölkənin səhiyyə müəssisələri “BioNTech” və “Pfizer” kompaniyalarının birgə hazırladıqları vaksindən istifadə edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş