İsraildə hökumət əleyhinə mitinqlər keçirilir

Dünya

01.04.2024 - 12:15

cedabet Klinikalar SEO Xidməti

Etirazçılar hökumətin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər

İsraildə hökumətin istefası tələbi ilə 4 gündür etiraz aksiyaları keçirilir. Etirazçılar növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər. AYNA xəbər verir ki, bu barədə yerli “The Times of Israel” nəşri məlumat yayıb.

Etirazçılar xüsusilə Baş nazir Benyamin Netanyahu və hökumətini erkən seçkilərin keçirilməsi üçün istefaya çağırıblar.

Təşkilatçılar mitinqdə 100 mindən çox insanın iştirak etdiyini, media isə aksiyaçıların on minlərlə olduğunu bildirib.

“Bizə seçkilər lazımdır. Hökumətə xalqın etimadı yoxdur. Onlar isə hər beş nəfərdən birinin hərbi xidmətdən yayınmasına imkan verən qanun qəbul etmək istəyirlər”, - deyə mitinq iştirakçılarından biri deyib.

Etirazçılar hadisə yerində yatmaq üçün Knessetin qarşısında 100-dən çox çadır qurublar.

İsrailin Baş naziri Benyamin Netanyahu jurnalistlərin seçkilərin mümkünlüyü ilə bağlı suallarını cavablandırarkən belə bir addımın ölkəni “müharibənin ortasında, qələbədən əvvəlki anda iflic vəziyyətinə salacağını” bildirib.

“Bu, girovlarımızın azad edilməsi üçün danışıqları iflic vəziyyətinə salacaq və məqsədə tam nail olmadan müharibəni bitirəcək. Bunu ilk alqışlayan HƏMAS-dır və bu, hər şeyi deyir”, - hökumət başçısı hesab edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş