Ölənlərdən İlkin Nəzərovun ikili vətəndaşlığı olub
İsraildə HƏMAS-ın hücumları nəticəsində həlak olan azərbaycanəsilli şəxslərin adları məlum olub. Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) AYNA-ya bildirilib ki, ölənlərdən İlkin Nəzərovun ikili vətəndaşlığı olub.
Nəzərov dünən Kıryat Yamda dəfn edilib.
Digər üç nəfər - Şamil Abbasov, Emin Axundov və Roman Qandel isə İsrail vətəndaşlarıdır.