İsrail və Səudiyyə Ərəbistanı İrana zərbələri müzakirə edəcəklər

Dünya

29.01.2026 - 23:44

İsrail rəsmiləri İrandakı potensial hədəflər barədə kəşfiyyat məlumatlarını bölüşmək üçün Vaşinqtona səfər ediblər

ABŞ rəsmiləri İranla bağlı danışıqlar üçün İsrail və Səudiyyə Ərəbistanının yüksək rütbəli müdafiə və kəşfiyyat rəsmilərini qəbul edəcəklər. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrail rəsmiləri İrandakı potensial hədəflər barədə kəşfiyyat məlumatlarını bölüşmək üçün Vaşinqtona səfər ediblər. Bu arada, Səudiyyə rəsmiləri müharibənin qarşısını almağa çalışır və diplomatik həll yolu axtarırlar.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp əsas Amerika qüvvələrinin İrana doğru hərəkət etdiyini bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş