HƏMAS qalan girovları 72 saat ərzində İsrail hakimiyyətinə təhvil verəcək
Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında Qəzza zolağında atəşkəs qüvvəyə minib. AYNA.AZ xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Daha əvvəl “Reuters” agentliyinin mənbəsi bildirmişdi ki, əldə olunmuş razılaşmalara uyğun olaraq, HƏMAS qalan girovları 72 saat ərzində İsrail hakimiyyətinə təhvil verəcək, İsrail ordusu isə 24 saat ərzində anklavdan qismən çıxmağa başlayacaq.