Səfir Brodski yardımın dəqiq həcmini açıqlamayıb
İsrail Kiyevin müraciətinə cavab olaraq Ukraynaya bir neçə ton dərman vasitəsi göndərəcək. AYNA xəbər verir ki, bu barədə İsrailin Ukraynadakı səfiri Mixail Brodski “Twitter” hesabında yazıb.
Diplomat yardımdan dəqiq hansı həcmdə göndəriləcəyini dəqiq deməyib. Onun sözlərinə görə, bu qərar Ukrayna və İsrailin səhiyyə nazirləri Viktor Lyaşko və Naxman Eş arasında onlayn danışıqlar zamanı qəbul edilib.