Netanyahu sənədi Vaşinqtonda Marko Rubionun iştirakı ilə imzalayıb
İsrail Qəzza zolağının müharibədən sonra idarə olunması üçün yaradılmış “Sülh Şurası”na rəsmi şəkildə qoşulub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Bildirilib ki, Netanyahu “Sülh Şurası”na qoşulma sənədini Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə imzalayıb.
İmzalanma Baş nazirin ABŞ Prezidenti Donald Trampla görüşündən əvvəl baş tutub.